Rusiya imperatorunun qızına məxsus  qab dəsti   321 min avroya satıldı
15 noyabr 2026 16:39 (UTC +04:00)

Rusiya imperatorunun qızına məxsus qab dəsti 321 min avroya satıldı

0

Fransada Rusiya imperatoru I Nikolayın qızı, knyaginya Olqa Nikolayevnaya məxsus qədim qab dəsti hərracda 321 min avroya (603 223 manat) satılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, satış Fransanın Nöyi-sür-Sen şəhərində yerləşən “Aguttes” hərrac evində baş tutub.

Hərracın rəsmi məlumatına görə, dəstin ilkin qiyməti 40-80 min avro arasında qiymətləndirilsə də, yekun satış məbləği gözləntiləri xeyli üstələyib.

1840-cı ildə Sankt-Peterburqda hazırlanmış dəst səkkiz əşyadan ibarətdir. Qızıl suyuna çəkilmiş 875 əyarlı gümüşdən hazırlanan əşyaların ümumi çəkisi təxminən 20 kiloqramdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar