Türkiyəli müğənni boşandığı əriylə 10 il sonra yenidən evləndi
14 noyabr 2026 16:49 (UTC +04:00)

Türkiyəli müğənni boşandığı əriylə 10 il sonra yenidən evləndi

0

Türkiyəli müğənni Zeynəb Casalini şəxsi həyatı ilə gündəmə gəlib. Sənətçi 2016-cı ildə boşandığı keçmiş həyat yoldaşı Tahsin Berklə ikinci dəfə ailə qurub.

Lent.az xəbər verir ki, cütlük illər sonra münasibətlərini yenidən rəsmiləşdirib.

Zeynəb Casalini 4 avqust 2010-cu ildə Bodrumda restoran işlədən Tahsin Berklə ailə qurub. Bir il sonra onların Dafne adlı qızları dünyaya gəlib. Lakin cütlüyün evliliyi 14 aprel 2016-cı ildə başa çatıb.

Boşandıqdan sonra münasibətlərinə yenidən şans verən Zeynəb Casalini və Tahsin Berk 2017-ci ildən etibarən eyni evdə yaşamağa başlayıblar. Təxminən doqquz il birlikdə yaşayan cütlük sadə nikah mərasimi ilə ikinci dəfə evlənib.

Müğənni nikah mərasimində ənənəvi ağ gəlinlik əvəzinə üzərində ulduz naxışları olan qısa qara paltar geyinib. O, geyimini tül duvaqla tamamlayıb. Casalini mərasimdən çəkilən fotoları sosial şəbəkə hesabında paylaşıb. Şəkillərdə cütlüyün qızı Dafne də yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar