Almaniyanın BMW avtomobil konserni yanğın riski səbəbindən ABŞ bazarında 720 796 avtomobili geri çağırır.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
Bildirilib ki, avtomobillərdə aşkarlanan texniki nasazlıq yanğına səbəb ola bilər. ABŞ tənzimləyici qurumu geri çağırılan avtomobillərin sahiblərinə nasazlıq aradan qaldırılana qədər nəqliyyat vasitələrini binalardan və digər avtomobillərdən uzaqda, açıq ərazilərdə saxlamağı tövsiyə edib.
BMW şirkəti problemin həlli üzərində işləyir. Konsernin məlumatına görə, 2024-cü ildə su nasosundakı nasazlıq səbəbindən geri çağırılaraq təmir edilmiş avtomobillərdə sonradan 10 yanğın hadisəsi qeydə alınıb.
Geri çağırılma BMW-nin 3-cü və 5-ci seriyalarına, həmçinin X1, X3, X4, Z4 və bəzi digər modellərinə şamil olunur.
Söhbət 2012–2018-ci illərdə istehsal edilmiş avtomobillərdən gedir.