"Qızına cadu olunub",   deyib həkimi aldatmaq istəyən  falçı saxlanıldı
13 noyabr 2026 19:07 (UTC +04:00)

"Qızına cadu olunub", deyib həkimi aldatmaq istəyən falçı saxlanıldı

0

Moskvada həkimi aldadan falçı saxlanılıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Moskvadakı poliklinikalardan birində baş verib.

Məlumata görə, tanımadığı qadın həkimin yanına gələrək onun qızına guya cadu edildiyini bildirib. Qadın bu cadunu aradan qaldırmaq üçün həkimdən 37 min rubl (təxminən 760 manat) tələb edib.

Həkim əvvəlcə özünü falçı kimi təqdim edən qadına inanıb və hətta pul çıxarmağa gedib. Lakin sonradan aldadıldığını anlayaraq polisə müraciət edib.

Polis əməkdaşları dələduzluqda şübhəli bilinən qadını saxlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar