Ramiz Əzizbəylinin kürəkəni həbsdə qaldı
13 noyabr 2026 15:35 (UTC +04:00)

Ramiz Əzizbəylinin kürəkəni həbsdə qaldı

0

Nəsimi Rayon Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Lent.az xəbər verir ki, məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılmasına qərar verib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilir. Onlar barəsində ötən ay məhkəmənin qərarı ilə həbs edilib. 

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar