Beyin xərçənginin  müalicəsində   yeni ümid
13 noyabr 2026 11:39 (UTC +04:00)

Beyin xərçənginin müalicəsində yeni ümid

0

ABŞ alimləri beyin xərçənginin ən aqressiv növlərindən biri ilə mübarizədə yeni üsul hazırlayıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar ultrasəs dalğalarının köməyi ilə xərçəng əleyhinə maddələri birbaşa beyin şişinə çatdırmağın mümkün olduğunu müəyyən ediblər.

Qan-beyin baryeri qan dövranı ilə beyin toxumaları arasında yerləşən təbii qoruyucu sistemdir. Bu sistem bir çox maddənin, o cümlədən dərman preparatlarının beyinə daxil olmasının qarşısını alır.

Alimlər bu maneəni aşmaq üçün üç texnologiyanı birləşdiriblər: fokuslanmış ultrasəs, mikroqabarcıqlar və beyin toxumasına daxil ola bilən xüsusi nanohissəciklər.

Əvvəlcə qan dövranına mikroqabarcıqlar və müəyyən mikroRNT molekullarının hazırlanması üçün genetik məlumat daşıyan nanohissəciklər yeridilib.

Daha sonra maqnit-rezonans tomoqrafiyasının (MRT) köməyi ilə ultrasəs dalğaları şişin yerləşdiyi nahiyəyə yönəldilib.

Ultrasəsin təsiri altında mikroqabarcıqlar titrəməyə başlayıb. Bu proses qan-beyin baryerinin keçiriciliyini müvəqqəti olaraq yalnız hədəflənən nahiyədə artırıb.

Nəticədə nanohissəciklər qoruyucu baryeri keçərək genetik materialı birbaşa şiş hüceyrələrinə çatdıra bilib.

Beləliklə, yeni texnologiyada ultrasəs şişi birbaşa məhv etmir. Onun əsas vəzifəsi xərçəng əleyhinə eksperimental vasitənin şişə çatdırılmasını təmin etməkdir.

Alimlər hansı nəticələri əldə ediblər?

Tədqiqatın əsasını genlərin fəaliyyətini tənzimləyən kiçik molekullar – mikroRNT-lər təşkil edib.

Bu molekulların mühüm xüsusiyyəti xərçəngin inkişafı və yayılması ilə əlaqəli bir neçə genə eyni vaxtda təsir göstərə bilməsidir.

Alimlər üç mikroRNT molekulunu araşdırıblar.

Bunlardan miR-340 və miR-382 şiş əleyhinə xüsusiyyətlərə malikdir. miR-17 isə əksinə, şişin inkişafına kömək edə bilər.

Laboratoriya təcrübələri göstərib ki, miR-340 və miR-382 qlioblastomanın böyüməsində və yayılmasında iştirak edən bir neçə genin fəaliyyətini zəiflədə bilir.

Tədqiqatçılar yeni texnologiyanın iki əsas üstünlüyünü qeyd edirlər.

Birincisi, mikroRNT molekulları şişin böyüməsini təmin edən bir neçə molekulyar mexanizmə eyni vaxtda təsir göstərə bilir.

İkincisi, fokuslanmış ultrasəs müalicəvi maddələrin beynin məhz lazım olan nahiyəsinə çatdırılmasına imkan yaradır.

Bu isə gələcəkdə daha hədəflənmiş müalicə üsullarının hazırlanmasına şərait yarada bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar