Nəvəsinin andiçməsində itkin düşən kişinin meyiti tapıldı - YENİLƏNİB
12 noyabr 2026 23:17 (UTC +04:00)

Nəvəsinin andiçməsində itkin düşən kişinin meyiti tapıldı - YENİLƏNİB

0

Göygöldə itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.

Lent.az xəbər verir ki, meyit rayonun Hacıməlik qəsəbəsində açıq ərazidə aşkarlanıb.

Astara rayon sakini, 1942-ci il təvəllüdlü M. Hüseynovun üzərində ilkin müayinəyə əsasən zorakılıq əlamətləri olmayıb.

Qeyd edək ki, o, noyabrın 8-də Astara rayonundan Gəncədə hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasiminə gəldikdən sonra itkin düşüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

***

10.11.2026

16:53

Astara sakini Gəncədə itkin düşüb.

Lent.az xəbər verir ki, Astara rayonu Kakalos kənd sakini olan 84 yaşlı Mirzəcan Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birinə, nəvəsinin andiçmə mərasiminə gedib.

Mərasimdən sonra isə yaşlı kişidən xəbər alan olmayıb. Onun itkin düşməsi barədə polisə məlumat verilib.

M. Hüseynov itkin düşən zaman qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək geyinib.

Mirzəcan Hüseynovu görən və ya harada olduğu barədə məlumatı olan şəxslərdən onun oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 84 yaşlı şəxsin naməlum istiqamətə getməsi və itkin düşməsi ilə bağlı ailə üzvləri tərəfindən polisə müraciət daxil olub. Həmin şəxs axtarışa elan olunub. Onun tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1216

Oxşar yazılar