Küçəyə dollar səpələndi,  polis araşdırmaya başladı - VİDEO
12 noyabr 2026 16:50 (UTC +04:00)

Küçəyə dollar səpələndi, polis araşdırmaya başladı - VİDEO

0

Qazaxıstanın paytaxtı Astanada yaşayış kompleksinin yaxınlığında səkidə çoxlu sayda dollar əskinasına bənzəyən pul aşkar edilib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Kunayev küçəsində yerləşən “Atlant-6” yaşayış kompleksinin qarşısında qeydə alınıb.

Əraziyə səpələnmiş pulların və çamadanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

İddialara görə, pullar yaşayış binasının pəncərəsindən atılıb. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olub və əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.

Əskinasların həqiqi olub-olmadığı hələ müəyyənləşdirilməyib. Hadisənin təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar