Bu ölkədə uçan avtomobillər  üçün yol hərəkəti  qaydaları hazırlanır
12 noyabr 2026 11:09 (UTC +04:00)

Bu ölkədə uçan avtomobillər üçün yol hərəkəti qaydaları hazırlanır

0

Dubay hakimiyyəti uçan avtomobillərin istifadəsini tənzimləmək üçün yeni yol hərəkəti qaydaları hazırlayır.

Lent.az-ın xəbərinə görə, bu barədə Dubayın Yollar və Nəqliyyat İdarəsinin (RTA) lisenziyalaşdırma şöbəsinin rəhbəri Əhməd Mahbub məlumat verib.

Onun sözlərinə görə, mütəxəssislər adi sürücülük vəsiqəsi olan şəxslərin uçan avtomobilləri idarə edib-etməyəcəyini araşdırırlar.

Bundan başqa, yeni nəqliyyat vasitələrinin hansı kateqoriyaya aid ediləcəyi, qeydiyyat qaydaları və onların istifadəsi üçün tələb olunan infrastruktur müəyyənləşdiriləcək.

Mahbub bildirib ki, uçan avtomobillərin qanuniləşdirilməsi məsələsi nisbətən yenidir, lakin artıq hakimiyyətin diqqət mərkəzindədir.

Hazırda belə avtomobillərin sınaqları davam edir. Onların istehsalına 2028-ci ildə başlanıla biləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar