Kleopatranın gözəlliyinin sirri turşu ola bilər – Alimlərdən maraqlı açıqlama
12 noyabr 2026 06:09 (UTC +04:00)

Kleopatranın gözəlliyinin sirri turşu ola bilər – Alimlərdən maraqlı açıqlama

0

Misir kraliçası Kleopatranın gözəlliyinin sirrinin süd vannaları ilə yanaşı, turşu və digər fermentləşdirilmiş qidalar ola biləcəyi bildirilir.

Lent.az xəbər verir ki, Türkiyənin Səlcuq Universitetinin Tibb fakültəsinin professoru Fatma Hümeyra Yerlikaya Aydemir ənənəvi üsulla hazırlanan turşuların bağırsaq mikroflorasını dəstəklədiyini və immun sisteminə müsbət təsir göstərə biləcəyini bildirib.

Onun sözlərinə görə, Kleopatranın qidalanmasında da fermentləşdirilmiş məhsulların mühüm yer tutduğuna dair tarixi məlumatlar var.

Alim qeyd edib ki, turşunun hazırlanması təxminən 4 min il əvvələ gedib çıxır. Təbii fermentasiya zamanı tərəvəzlərin tərkibindəki şəkərlər süd turşusu bakteriyaları vasitəsilə parçalanır və məhsulun özünəməxsus turş dadı yaranır.

Onun bildirib ki, canlı faydalı mikroorqanizmlər ehtiva edən turşuların az miqdarda və müntəzəm istehlakı bağırsaq sağlamlığını, immun sistemini və maddələr mübadiləsini dəstəkləyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar