Oğurluq etmək istəyən şəxsi yanğınsöndürənlər xilas etdi
12 noyabr 2026 03:15 (UTC +04:00)

Oğurluq etmək istəyən şəxsi yanğınsöndürənlər xilas etdi

0

İstanbulun Güngören rayonunda oğurluq məqsədilə mənzilə girməyə çalışan şəxs pəncərədə ilişərək təxminən 1 saat havadan asılı vəziyyətdə qalıb.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Gençosman məhəlləsində baş verib.

Belə ki, beşmərtəbəli binanın qarşısına gələn şübhəli girişdə mühafizəçinin olduğunu görərək binaya başqa yerdən daxil olmağa çalışıb. O, mağazanın divarından yapışıb kabellərin üzərinə basaraq mənzilin pəncərəsinə qalxmaq istəyib, lakin orada ilişib qalıb.

Ətrafdakı sakinlərin məlumatı əsasında hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Təxminən 3 metr hündürlükdə qalan şəxs yanğınsöndürənlərin nərdivanı vasitəsilə xilas edilərək saxlanılıb.

Şahidlərin sözlərinə görə, həmin şəxs hündürlük qorxusu səbəbilə aşağı tullana bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar