Generalın qızı Türkər Əliyeva  hakim qarşısına çıxarıldı: Dələduzluq, vəzifə saxtakarlığı və təhrik etmə - YENİLƏNİB
12 noyabr 2026 14:50 (UTC +04:00)

Generalın qızı Türkər Əliyeva hakim qarşısına çıxarıldı: Dələduzluq, vəzifə saxtakarlığı və təhrik etmə - YENİLƏNİB

0

Türkər Əliyevanın ittiham olunduğu maddələr məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 32.4-cü (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçilik) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

***

14:35

Sənəd saxtalaşdırmaq ittiham olunun general Natiq Əliyevin qızı Türkər Əliyeva məhkəməyə gətirilib. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, prokurorluq onun barəsində qətimkan tədbirinin seçilməsi üçün təqdimat verib.

Hazırda Türkər Əliyeva Suqmayıt şəhər Məhkəməsinə gətirilib.

Az sonra məhkəmə istintaq orqanı tərəfindən verilən təqdimata baxacaq.

Qeyd edək ki, T. Əliyeva sənəd saxtalaşdırmaqda ittiham olunur. İş üzrə ANAMA sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayətçi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar