Hakimi təhqir edən baş məşqçi və futbolçu cərimələndi  - FOTOLAR
12 noyabr 2026 14:07 (UTC +04:00)

Hakimi təhqir edən baş məşqçi və futbolçu cərimələndi - FOTOLAR

0

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Lent.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Məlumatda bildirilir ki, iclasda Azərbaycan 2-ci liqasının 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. 

“Şəmkir”– “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir”in 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. “Şəmkir” isə 1000 manat məbləğində cərimə olunub.

Eyni matçda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Bundan əlavə, “Hypers”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 200 manat cərimə edilib. Bu görüş bitdikdən sonra  meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 500 manat cərimələnib. Eyni görüşdə “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Difai”– “Zəngəzur” oyununda isə “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib. Həmin matçın 84-cü dəqiqəsində  “Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. “Difai” isə 1000 manat məbləğində cərimə edilib.

Hakimi söydüyü üçün klub cərimələndi | No Comment

Şəmkir PFK | Fuad Əhmədov “Şəmkir”də! ✍️🔴⚪️ Komandamız yarımmüdafiəçi Fuad  Əhmədov ilə 1 illik müqavilə imzalayıb. 22 yaşlı futbolçu son olaraq  “Araz... | Instagram

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar