Generalın saxlanılan qızından şikayət edən də  general imiş - YENİLƏNİB
12 noyabr 2026 11:21 (UTC +04:00)

Generalın saxlanılan qızından şikayət edən də general imiş - YENİLƏNİB

0

Rəsmi sənədləri saxtalaşdırmaq ittiham olunan Türkər Əliyevadan zərərçəkənin kimliyi bilinib.

Bu barədə Lent.az-a Türkər Əliyevanın vəkili Hikmət Əliyev məlumat verib.

Onun sözlərinə görə, Türkər Əliyevadan şikayət edən ANAMA-nın rəis müavini general-mayor Ceyhun Rzayevdir. H. Əliyev hazırda xaricdə olduğu üçün işlə bağlı əlavə məlumatı olmadığını deyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, iş üzrə dəyən zərərin məbləği 100 min manatdan artıqdır. Məlumata əsasən, Türkər Əliyeva alqı-satqı zamanı qanunsuz hərəkətlərə yol verib.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

***

10:45

Türkər Əliyeva saxlanılmazdan əvvəl Sumqayıt Prokurorluğunun qarşısından foto paylaşıb.

Lent.az həmin paylaşımı təqdim rdir: 

***

09:14

Mediator Türkər Əliyeva saxlanılıb.

Lent.az xəbər verir ki, Türkər Əliyeva Sumqayıt şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. 

İddialara görə, Türkər Əliyeva dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. 

Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Natiq Əliyevin qızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1422

Oxşar yazılar