Sabahdan  bu qəsəbədə   üç marşrut avtobusunun hərəkət istiqaməti dəyişəcək
22 oktyabr 2026 17:57 (UTC +04:00)

Sabahdan bu qəsəbədə üç marşrut avtobusunun hərəkət istiqaməti dəyişəcək

0

Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

AYNA-dan Lent.az-a bildirilib ki, oktyabrın 23-dən Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət səbəbindən 149, 149E və 164 saylı marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar