Bakıda yanıq xəsarətləri alan kişi ölüb.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 64 yaşlı Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.
Araşdırma aparılır.