Güclü qar  Xınalıq yolunu BAĞLADI
09 noyabr 2026 14:29 (UTC +04:00)

Güclü qar Xınalıq yolunu BAĞLADI

0

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.

Lent.az  APA-ya istinadla xəbər verir ki, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.

Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 102

Oxşar yazılar