Bakıda yol qəzası olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, hadisə Xəzər rayonu, Mərdəkan şossesində baş verib.
Yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.