Tramp arvadına xəyanət edən  biznesmenə dəstək  oldu
09 noyabr 2026 13:27 (UTC +04:00)

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

0

ABŞ prezidenti Donald Tramp həyat yoldaşına xəyanətini etiraf edən “Nvidia” şirkətinin baş direktoru Censen Huanqa dəstək verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Huanqı gözəl insan adlandırıb və onun davranışına haqq qazandıracaq səbəblərin ola biləcəyini deyib.

“Mən onunla bu barədə danışmamışam. Sadəcə, yaxşı insan olduğunu bilirəm. Amma heç vaxt nə baş verəcəyini əvvəlcədən bilmək olmaz” – deyə, ABŞ prezidenti qeyd edib.

Tramp Huanqın vəzifəsində qalmalı olduğunu da vurğulayıb:

“Onun hər hansı qəbahətli hərəkət etdiyini eşitməmişəm. O, kiminləsə münasibətdə olub, amma bunu hamı edir”.

ABŞ prezidenti əlavə edib ki, gələn həftə Çinə planlaşdırılan səfərində Huanqı da özü ilə aparmağa hazırdır. Bundan əvvəl dünya milyarderlərindən biri olan Censen Huanqın nikahdankənar münasibətdə olduğunu etiraf etdiyi barədə məlumat yayılıb.

İddialara görə, onun münasibətdə olduğu qadın Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin rəhbəri Elis Huanqdır. Bu şirkət “Nvidia”nın Cənub-Şərqi Asiyadakı ən böyük müştərilərindən biridir.

Oktyabr ayında “The New York Times” onların bir neçə il davam etdiyi iddia olunan münasibətləri barədə məlumat yayıb.

Çinin “Global Times” nəşri isə bu iddialara sərt reaksiya verərək “The New York Times”ı əsassız fərziyyələr yaymaqda ittiham edib.

Censen Huanq öz növbəsində hərəkətlərinə görə bütün məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. O, şirkət daxilində aparılan yoxlamanı tam dəstəklədiyini və araşdırmanı həyata keçirən şəxslərlə əməkdaşlıq edəcəyini bildirib.

Noyabrın 9-da yayılan bu açıqlamalardan sonra “Nvidia”nın səhmləri birjaöncəsi ticarətdə kəskin ucuzlaşıb.

Qeyd edək ki, Huanq 2026-cı ilin yazında Donald Trampın Çinə əvvəlki səfərində də onu müşayiət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar