Şükürbəylidə avtomobil aşdı: Cəbrayıla ziyarətə  gedən qadın öldü
09 noyabr 2026 12:55 (UTC +04:00)

Şükürbəylidə avtomobil aşdı: Cəbrayıla ziyarətə gedən qadın öldü

0

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az oxu.az-a istinadla xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb.

O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hadisə zamanı avtomobildə olan şəxslər Bakıdan Cəbrayıla ziyarət məqsədilə gediblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar