Türkan Şoray və Emel Sayının illər əvvəlki fotosu gündəm oldu
09 noyabr 2026 05:26 (UTC +04:00)

Türkan Şoray və Emel Sayının illər əvvəlki fotosu gündəm oldu

0

 

Türkiyə kinosu və musiqisinin iki əfsanəvi siması – Türkan Şoray və Emel Sayının illər əvvəl çəkilmiş fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Türk sənət musiqisinin tanınmış ifaçısı Emel Sayın şəxsi arxivindən aktrisa Türkan Şorayla birlikdə çəkilmiş fotoşəklini paylaşıb.

Fotoda iki sənətçinin qarşı-qarşıya oturaraq gülümsədiyi və bir-birinin əlini tutduğu görünür. Sayın paylaşımında Türkan Şoraya sevgisini ifadə edərək bəzən onunla birlikdə mahnı da oxuduqlarını bildirib.

Paylaşım Türkiyə kinosunun və musiqisinin keçmiş dövrlərini xatırladan nostalji görüntü kimi izləyicilərin marağına səbəb olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar