İlham Əliyev:  Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
08 noyabr 2026 16:10 (UTC +04:00)

İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq

0

“Türkiyə bu gün qardaşım Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə siyasi gücə çevrilib”.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, bu Azərbaycanı sevindirir və gücləndirir: “Biz birlikdə daha da güclüyük. Bu sabitlik, istiqrar, təhlükəsizlik faktorudur. Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Bu birlik əbədi olacaq. Buna Türkiyə və Azərbaycan cəmiyyətində şübhə yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar