Bakıda avtomobil piyadanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində baş verib.
Əsmər Məmmədova idarə etdiyi “Kia Moning” markalı avtomobillə yolu keçən piyada Əlibəyova Məlahət Kamal qızını vurub. Qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb.