“WhatsApp”da oxunan mesajlar avtomatik silinəcək
13 noyabr 2026 03:08 (UTC +04:00)

“WhatsApp”da oxunan mesajlar avtomatik silinəcək

0

“WhatsApp” istifadəçilərin məxfiliyini qorumaq məqsədilə yeni funksiyanı istifadəyə verməyə hazırlaşır.

Lent.az xəbər verir ki, yenilik sayəsində istifadəçilər qarşı tərəfin yalnız bir dəfə görə biləcəyi mətn mesajları göndərə biləcəklər.

Məlumata görə, uzun müddətdir sınaqdan keçirilən funksiya Android üçün “WhatsApp”ın 2.26.45.6 beta versiyasından istifadə edən bəzi şəxslər üçün aktivləşdirilib.

Yeni funksiya əvvəllər foto və videolar üçün tətbiq edilən “Bir dəfə görüntülə” seçiminə bənzəyir. İstifadəçi mesajı yazdıqdan sonra göndərmə düyməsini basılı saxlayaraq bu rejimi seçə biləcək. Qarşı tərəf mesajı açıb oxuduqdan və həmin ekrandan çıxdıqdan sonra mətn avtomatik silinəcək.

Bu rejimdə göndərilən mesajları köçürmək, başqasına yönləndirmək və tətbiq vasitəsilə ekran görüntüsünü çəkmək mümkün olmayacaq. Ekran yazısının aparılması da məhdudlaşdırılacaq.

Bununla belə, mesajların başqa cihaz vasitəsilə fotoşəkilinin çəkilməsinin qarşısını almaq mümkün deyil. Həmçinin yeni mesajları əvvəlcədən müəyyən edilmiş vaxta planlaşdırmaq hələlik dəstəklənmir.

Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar