"QAZ-31"lə "avtoş"luq edən həbs olundu - VİDEO
13 noyabr 2026 10:02 (UTC +04:00)

"QAZ-31"lə "avtoş"luq edən həbs olundu - VİDEO

0

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “QAZ 3110” markalı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İdarədən Lent.az-a bildirilib ki, ilkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunmaqla, N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Mehdiyev nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, 45 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar