Avrora Kiba və Rüstəm Hacıyev
13 noyabr 2026 11:42 (UTC +04:00)

Avrora Kiba və Rüstəm Hacıyev

Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir – Bakıda TOY

0

Rusiyanın məşhur müğənnisi Qriqori Lepsin keçmiş sevgilisi, 20 yaşlı Avrora Kibanın azərbaycanlı iş adamı ilə ailə qurmağa hazırlaşdığı iddia olunur.

Lent.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qriqori Leps

Nəşrin yazdığına görə, Avrora Kibanın yeni sevgilisi 36 yaşlı azərbaycanlı iş adamı Rüstəm Hacıyevdir.

Mənbələrin iddiasına əsasən, cütlüyün toy mərasimi bu gün, noyabrın 13-də Bakıda keçiriləcək.

Bildirilir ki, toyun böyük təntənə ilə təşkil olunması və mərasimdə çoxsaylı nüfuzlu qonaqların iştirak etməsi gözlənilir.

Qeyd edək ki, 2006-cı il fevralın 5-də anadan olan Avrora Kiba daha əvvəl özündən 44 yaş böyük rusiyalı müğənni Qriqori Lepslə münasibəti ilə gündəmə gəlmişdi. Onların sevgi münasibəti Rusiya şou-biznesində geniş müzakirələrə səbəb olmuşdu.

Hazırda cütlüyün toy hazırlıqları ilə bağlı yayılan məlumatlar iş adamı tərəfindən təsdiqlənməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar