Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına  məhkum edildi
10 noyabr 2026 02:52 (UTC +04:00)

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

0

 

Britaniyalı aktyor və komediyaçı Rassel Brend zorlama və cinsi zorakılıq cinayətlərinə görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Londonun Sautuark Kral Məhkəməsində keçirilən iclasda aktyorun bir zorlama və üç cinsi zorakılıq epizodu üzrə təqsirli olduğu bildirilib. Hakim Coel Bennatan cinayətlərin 2004–2009-cu illər ərzində dörd qadına qarşı törədildiyini açıqlayıb.

Məhkəmənin qərarına əsasən, Brend cəzasının üçdə ikisini həbsxanada keçirməli, bundan sonra isə şərti azadlığa buraxılmaq imkanı əldə edə bilər. O, azadlığa çıxdıqdan sonra da müvafiq nəzarət tələblərinə əməl etməli olacaq.

Qeyd edək ki, amerikalı müğənni Keti Perrinin keçmiş həyat yoldaşı olan Rassel Brend ittihamları rədd edirdi. Britaniya polisi onun barəsində digər iddialarla bağlı araşdırmaların da davam etdiyini bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar