Kişi xəyanət edən  arvadını stula bağlayıb yandırdı
09 noyabr 2026 18:50 (UTC +04:00)

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

0

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb.

Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi ilə münasibət quraraq ərindən ayrılmaq istəyib.

Qətldən iki gün əvvəl kənddə keçirilən iclasda Sonam sevgilisi ilə münasibətini bitirməyə razılaşıb. Həmin axşam qadının sevgilisi zəhər içərək intihara cəhd edib. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olub.

Ertəsi gün ər-arvad arasında mübahisə yaranıb. Suxbir arvadını stula bağlayaraq üzərinə benzin töküb və od vurub.

Evdən gələn səsləri eşidən qonşular polisə xəbər veriblər. Kişi arvadını yanan vəziyyətdə qoyaraq qaçıb.

Polis əməkdaşları evə çatanda qadının yanmış meyitini aşkar ediblər.

Şübhəli şəxs daha sonra saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar