Sərxoş kişilər bir-birini  bıçaqlayıb öldürdülər
09 noyabr 2026 16:46 (UTC +04:00)

Sərxoş kişilər bir-birini bıçaqlayıb öldürdülər

0

Rusiyanın Moskva vilayətində iki kişi sərxoş vəziyyətdə mübahisə edərkən bir-birini bıçaqlayaraq öldürüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Losino-Petrovski şəhər dairəsində qeydə alınıb.

Məlumata görə, yaşayış binasının sakinləri pilləkən meydançasından qışqırıq və dava səsləri eşidiblər. Qonşulardan biri pilləkəndə qan izlərini görərək, yaxınlıqdakı mənzilə baxıb və orada iki kişi aşkarlayıb.

Kişilərdən biri hadisə yerində ölüb, digəri isə xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar