Arnold Şvartseneggerin  oğlu atasının yolunu seçdi
10 noyabr 2026 02:19 (UTC +04:00)

Arnold Şvartseneggerin oğlu atasının yolunu seçdi

0

 

Hollivud ulduzu Arnold Şvartseneggerin oğlu Cozef Baena bodibildinq sahəsində peşəkar səviyyəyə yüksəlib. Gənc idmançı atasının uğur qazandığı sahədə karyerasını inkişaf etdirir.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Şvartseneggerin keçmiş ev işçisi Mildred Baena ilə münasibətindən dünyaya gələn Cozef uzun müddətdir bodibildinqlə məşğuldur. O, fiziki hazırlığını və məşqlərini sosial şəbəkələrdə izləyiciləri ilə bölüşür.

Cozef Baena ilk dəfə peşəkar səviyyəli yarışda iştirak edərək nəticə əldə edib. Onun fiziki görünüşünün gənclik illərindəki atasına bənzəməsi də diqqət çəkib.

Qeyd edək ki, Arnold Şvartsenegger aktyorluq və siyasətə başlamazdan əvvəl bodibildinq üzrə yeddi dəfə “Mr. Olympia” titulunu qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar