"Real"ın əfsanəsi yeni klubu ilə müqavilə imzaladı
09 noyabr 2026 23:33 (UTC +04:00)

"Real"ın əfsanəsi yeni klubu ilə müqavilə imzaladı

0

"Ovyedo" futbol klubunun mətbuat xidməti Raul Qonsalesin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə "Championat.com" nəşri xəbər verib.

Məlumata əsasən, klubla mütəxəssis arasında imzalanan müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

"Ovyedo" İspaniyanın ikinci ən güclü futbol liqası olan Sequndada çıxış edir. Komanda 13 turun yekunlarına əsasən 21 xal toplayaraq turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. "Ovyedo" ötən mövsüm La Liqada çıxışını sonuncu yerdə başa vurub.

Raul 1994-2010-cu illərdə "Real Madrid"də çıxış edib. Bu müddət ərzində klubun heyətində 741 oyun keçirib və 323 qol vurub.

Raul Qonsales 2018-ci ildə "Real Madrid" sistemində məşqçilik karyerasına başlayıb. İspaniyalı mütəxəssis 2025-ci ildə Madrid klubundan ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar