Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi  seçildi
09 noyabr 2026 19:51 (UTC +04:00)

Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi

0

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Lent.az xəbər verir ki, bu barədə İspaniya çempionatının mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “Real” oktyabrda keçirdiyi hər üç çempionat oyununda qələbə qazanıb. Madrid təmsilçisi “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı isə 2:1 hesabı ilə məğlub edib.

Hazırda La Liqanın turnir cədvəlinə 12 oyundan 33 xal toplayan “Barselona” başçılıq edir. “Real” 30 xalla ikinci, “Atletiko” isə 28 xalla üçüncü pillədə qərarlaşıb.

İlk beşliyi 26 xalla “Betis” və 22 xalla “Real Sosyedad” tamamlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar