“Nvidia”nın rəhbəri sevgilisinə görə  ABŞ senatına çağırıldı
13 noyabr 2026 12:45 (UTC +04:00)

“Nvidia”nın rəhbəri sevgilisinə görə ABŞ senatına çağırıldı

0

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin istefa vermiş rəhbəri Censen Huanq Çinə casusluqda şübhəli bilinən Sinqapurun “Megaspeed” texnologiya şirkətinin yüksəkvəzifəli meneceri Elis Huanqla münasibətləri səbəbindən dekabrın 3-də ABŞ Senatında keçiriləcək dinləmələrə çağırılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Bank məsələləri üzrə Komitəsinin sədri Tim Skott məlumat verib.

“Mən Censen Huanqın və ABŞ-ın ticarət naziri Hovard Latnikin Senatın Bank məsələləri üzrə Komitəsi qarşısında ifadə vermələrini tələb edirəm” – deyə senator X sosial şəbəkəsində yazıb.

Senator bildirib ki, yaranmış qalmaqal ABŞ-ın milli təhlükəsizliyi və ölkənin həssas texnologiyalarının qorunması baxımından ciddi narahatlıq doğurur.

Xatırladaq ki, noyabrın 12-də Censen Huanq “Nvidia” şirkətinin prezidenti və baş direktoru vəzifələrindən istefa verib. Buna onun Çin kəşfiyyatının maraqlarına xidmət etməkdə şübhəli bilinən Elis Huanqla, eləcə də şirkətin vitse-prezidenti Kimberli Pauellə münasibətlərinin üzə çıxmasının səbəb olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar