Pişiyə görə keçmiş arvadını  məhkəməyə   verdi
13 noyabr 2026 14:35 (UTC +04:00)

Pişiyə görə keçmiş arvadını məhkəməyə verdi

0

Niderlandda boşanan kişi keçmiş həyat yoldaşının yanında qalan pişiyi ilə mütəmadi görüşmək üçün məhkəməyə müraciət edib. Lakin onun bu istəyi təmin olunmayıb.

Lent.az xarici mediaya  istinadən xəbər verir ki, kişi boşandıqdan sonra pişiyi ilə əlaqəsini kəsmək istəməyib. O, heyvanı iki həftədən bir və ya hər həftəsonu öz evinə aparmaq üçün rəsmi görüş qrafiki müəyyən edilməsini tələb edib.

Məlumata görə, cütlüyün boşanma prosesi iki il əvvəl başlayıb. Niderland və ABŞ vətəndaşlığı olan qadının təşəbbüsü ilə başlayan boşanma zamanı tərəflər artıq ayrı yaşayırmış. Kişi ortaq evlərindən köçüb, pişik isə qadının yanında qalıb.

Məhkəmə prosesində kişi ev heyvanı ilə görüşmək hüququnun rəsmiləşdirilməsini istəyib. Lakin keçmiş həyat yoldaşı buna qəti şəkildə etiraz edib.

Qadın bildirib ki, pişik artıq yaşlıdır və ciddi xroniki xəstəliklərdən əziyyət çəkir. Bu səbəbdən heyvanın daimi müalicəyə və xüsusi qayğıya ehtiyacı var.

Onun sözlərinə görə, keçmiş əri ayrıldıqdan sonra pişiyin vəziyyəti ilə demək olar ki, maraqlanmayıb və bahalı baytarlıq xərclərinin ödənilməsində iştirak etməyib.

Amsterdam məhkəməsi kişinin tələbini baxılması mümkün olmayan müraciət kimi qiymətləndirib.

Məlum olub ki, Niderlandın Mülki Prosessual Məcəlləsinin 827-ci maddəsində boşanma zamanı ev heyvanları ilə görüş qrafikinin müəyyən edilməsi nəzərdə tutulmur.

Nəticədə məhkəmə kişinin pişiklə görüşmək tələbini rədd edib. Bununla yanaşı, tərəflərin nikahı rəsmi şəkildə pozulub və digər mübahisəli məsələlər həll olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar