"Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor kimi vəzifələr bərpa edilməlidir".
Lent.az xəbər verir ki, bunu teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
Teatrşünas bu ilin əvvələrində aparılan teatr islahatları nəticəsində ləğv olunan vəzifələrin geri qaytarılmasını mütləq zərurət adlandırıb:
“Biz bu məsələni çox ciddi hesab edirik. Baş rejissorsuz, bədii rəhbərsiz teatr fəaliyyət göstərə bilməz. Bu, mümkün deyil”. (APA)