Aynur Elgünəş əməliyyat olundu
13 noyabr 2026 17:43 (UTC +04:00)

Aynur Elgünəş əməliyyat olundu

0

“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub.

Lent.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov APA - ya açıqlama verib. 

O bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra olunub.

Qeyd edək ki, Aynur Elgünəş bir qədər əvvəl səhhətində yaranmış problemlə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

2025-ci ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub. Mart ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib. Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

“Meydan" TV ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar