Naxçıvanda deputat   qəzaya düşdü, ölən var - VİDEO  - YENİLƏNİB
14 noyabr 2026 13:37 (UTC +04:00)

Naxçıvanda deputat qəzaya düşdü, ölən var - VİDEO - YENİLƏNİB

0

Gecə saatlarında Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.

Lent.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 yaşlı Məmmədov Əmrah İmamverdi oğlu reanimasiya şöbəsinə yerləşdirilib. 36 yaşlı Naxçıvan MR Ali Məclisinin deputatı Zeynalov Təbriz Eyvaz oğlunun müalicəsi isə neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 36 yaşlı Hüseynalı Hüseynəliyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***
03:25

Naxçıvanda deputat qəzaya düşüb, ölən var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan MR Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1357

Oxşar yazılar