"Real" Arda Gülərin müqaviləsini uzatmaq üçün addımlar atıb. Bildirilir ki, İspaniya nəhəngi milli ulduza illik 8 milyon avro maaşla beş illik yeni müqavilə təklif edib. Tərəflər arasında prinsipial razılaşma əldə edilib və Ardanın tezliklə müqaviləni imzalaması gözlənilir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, baş məşqçi Joze Mourinyonun hesabatından sonra "Real" heyətindəki əsas oyunçuların müqavilələrini yeniləməyə başlayıb. "Real"ın prinsipial razılığa gəldiyi Arda Gülərin yeni maaşı açıqlanıb.
Mourinyonun “toxunulmazları” siyahısında

Məlum olub ki, "Real"ın baş məşqçisi Joze Mourinyo komandadakı dörd oyunçunu "toxunulmaz" adlandırıb və rəhbərlikdən onların müqavilələrini uzatmağı istəyib. Cud Bellinqem, Federiko Valverde və Aurelien Çuameni ilə yanaşı, 21 yaşlı Arda Güler də portuqaliyalı məşqçinin siyahısındadır.
İllik 8 milyon avro qazanacaq

İspaniya mətbuatında yer alan xəbərlərə görə; “Real” rəhbərliyi son həftələrdə prinsipial razılığa gəldiyi Arda Gülərə 5 illik yeni müqavilə təklif edib. Hazırkı müqaviləsindəki bonuslar xaric ildə 6 milyon 250 min avro qazanan milli futbolçunun maaşında əhəmiyyətli artım olacaq. Yeni təklifə görə, Arda Gülərin illik maaşı 8 milyon avroya qədər artacaq.
Gündəlik və həftəlik qazancları diqqət çəkir

Rəsmi müqaviləni tezliklə imzalayacağı gözlənilən Arda Güler yeni müqavilə ilə həftədə 153.846 avro, gündə isə 21.917 avro qazanacaq.
Bu mövsüm “Real”da 14 rəsmi oyunda iştirak edən Arda Güler 4 qol vurub və 7 məhsuldar ötürmə verib.