Plutondan kənarda nəhəng buzlu planet aşkarlandı
15 noyabr 2026 07:25 (UTC +04:00)

Plutondan kənarda nəhəng buzlu planet aşkarlandı

0

 

Astronomlar Günəş sisteminin uzaq bölgəsində əvvəllər məlum olmayan böyük buzlu səma cismi aşkarlayıblar. Obyekt gələcəkdə Günəş sisteminin altıncı rəsmi cırtdan planeti kimi tanına bilər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Vaşinqton Universitetinin məlumatına istinadən xəbər yayıb.

“2026 ED138” adlandırılan obyekt Vera Rubin Rəsədxanasının müşahidələri əsasında müəyyənləşdirilib. İlkin hesablamalara görə, onun diametri təxminən 1000 kilometrdir.

Hazırda səma cismi Günəşdən Yer və Günəş arasındakı orta məsafənin təxminən 46 misli qədər uzaqda yerləşir. Astronomlar müşahidə arxivlərini araşdıraraq obyektin 2016-cı ilə aid görüntülərini də aşkar ediblər.

Əgər onun cırtdan planet statusu təsdiqlənərsə, “2026 ED138” Pluton, Serera, Erida, Haumea və Makemake ilə birlikdə bu kateqoriyaya daxil olacaq. Hələlik onun təsnifatı yekunlaşmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar