Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi – Ağır ittihamlar
14 noyabr 2026 23:22 (UTC +04:00)

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi – Ağır ittihamlar

0

 

Amerikalı televiziya ulduzu və milyarder iş qadını Kayli Cenner keçmiş ev işçisinin şikayəti əsasında məhkəmə çəkişməsi ilə üzləşib. Qadın iş zamanı pis rəftara məruz qaldığını iddia edir.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Keçmiş işçi Dinora Karolina Kabria Amaya Cenner və onun iki əməkdaşına qarşı noyabrın 5-də məhkəmə iddiası qaldırıb. Qadın iş zamanı dolabda bağlı qaldığını, təsadüfən üzünə bibər qazı püskürdüyünü və it tərəfindən dişləndiyini bildirib.

Amaya 2025-ci ilin martından 2026-cı ilin fevralına qədər Cennerin Kaliforniyadakı evlərində çalışdığını deyib. Onun iddiasına görə, baş verən hadisələrdən şikayət etdikdən sonra iş yerində təzyiqlərlə üzləşib və nəticədə işdən çıxarılıb.

Kayli Cennerin vəkili ittihamları əsassız adlandıraraq məhkəmədə müdafiə olunacaqlarını bildirib. İddiaçının vəkili isə şikayətin sübutlara əsaslandığını vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar