Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini  aldı
01 noyabr 2026 02:45 (UTC +04:00)

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

0

 

Türkiyəli aktrisa Devrim Özkan yeni çəkildiyi “Aşk Tesadüfleri Sever 3” filmi ilə şəxsi həyatı arasındakı təsadüflərdən danışıb. Aktrisa çəkiliş zamanı yaşadığı kədərli hadisəni açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Noyabrın 20-də nümayiş olunacaq filmdə Mavi obrazını canlandıran Özkan bildirib ki, ekran işindəki qəhrəmanının nənəsi Altsheymer xəstəliyindən əziyyət çəkir. Onun öz nənəsi də eyni xəstəliklə mübarizə aparıb.

Aktrisanın sözlərinə görə, Mavinin nənəsini ziyarət etdiyi səhnənin çəkildiyi gün o, öz nənəsinin vəfat etdiyini öyrənib. Bu hadisə sənətçiyə emosional baxımdan ağır təsir edib.

Devrim Özkan kinoteatrda izlədiyi ilk filmin “Aşk Tesadüfleri Sever” olduğunu, ilk böyük kino rolunun isə həmin ekran əsərinin üçüncü hissəsinə təsadüf etdiyini bildirib. Filmdə onun tərəf-müqabili Mehmet Günsürdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar