Ceki Çanı illər sonra görənlər  təəccübləndi   – 72 yaşlı aktyorun SON GÖRÜNTÜSÜ
12 oktyabr 2026 16:34 (UTC +04:00)

Ceki Çanı illər sonra görənlər təəccübləndi – 72 yaşlı aktyorun SON GÖRÜNTÜSÜ

0

Döyüş sənətləri filmlərinin əfsanəvi ulduzu Ceki Çan uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aktyor  Çində keçirilən NBA oyunlarını izləyən tanınmış simalar arasında olub.

Ceki Çan basketbol qarşılaşmasını İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem və “Alibaba” şirkətinin qurucusu Cek Ma ilə birlikdə meydançanın kənarından izləyib.

Üç məşhur simanın eyni kadrda görüntülənməsi sosial şəbəkələrdə diqqət çəkib. Xüsusilə Ceki Çanın 72 yaşındakı görünüşü uzun illərdir onun filmlərini izləyən pərəstişkarlarının marağına səbəb olub.

1954-cü il aprelin 7-də anadan olan Ceki Çan döyüş sənətlərini komediya ilə birləşdirdiyi filmləri sayəsində dünya şöhrəti qazanıb. Onilliklər ərzində Hollivudun ən tanınmış simalarından birinə çevrilən aktyor bu dəfə yeni filmi ilə deyil, ictimai tədbirdəki görüntüsü ilə gündəmə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar