Prokuror atasını öldürən Ayxanın hökmünə etiraz etdi
26 noyabr 2026 15:48 (UTC +04:00)

Prokuror atasını öldürən Ayxanın hökmünə etiraz etdi

0

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadə barəsində çıxarılan hökmdən apellyasiya protesti verilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısının verdiyi protest Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.​ Prosesə hakim Aqil Musayev sədrlik edəcək.

Məhkəmə iclası 3 dekabra təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi "Gülçülük sovxozu" adlanan ərazidə baş verib. 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Onun oğlu 19 yaşlı Ayxan Vəlizadə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.

Faktla bağlı cinayət işi başlanılıb,  A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

14 oktyabr 2026-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi hökm edərək, Ayxan Vəlizadənin əməlini CM-nin 120.1-ci maddəsindən 123.1-ci ( zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar