166 minlik  brilyantla hava limanında saxlanıldı
26 noyabr 2026 14:04 (UTC +04:00)

166 minlik brilyantla hava limanında saxlanıldı

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar ediblər.

Lent.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullarla gömrük nəzarətindən gizlədilən, 750 əyar qızıl və 57,779 karat brilyantdan hazırlanmış 2 boyunbağı aşkarlanıb.

Zinət əşyalarının ümumi dəyəri 166 610 manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar