Alimlər okeanın təxminən 600 metr dərinliyində başı şəffaf olan nadir balığı görüntüləyiblər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
“Macropinna microstoma” adlandırılan balığın ən diqqətçəkən xüsusiyyəti şəffaf baş örtüyünə və hərəkət edə bilən boruşəkilli gözlərə malik olmasıdır.
Tədqiqatçılar xüsusi sualtı robot vasitəsilə balığın yüksək keyfiyyətli görüntülərini əldə ediblər.
Monterey Körfəzi Akvarium Tədqiqat İnstitutunun alimləri təxminən 40 illik araşdırmaları ərzində bu balıqla cəmi 11 dəfə qarşılaşıblar.
Yeni görüntülər həmin institutun bu canlıya aid ilk 4K keyfiyyətli çəkilişidir. Araşdırma barədə məlumat noyabrın 17-də yayımlanıb.
ScienceDaily
Açar sözlər: şəffaf balıq, okean, Macropinna microstoma, dəniz canlıları, təbiət