Mercedes  ilk dəfə   eksperimental  super avtomobilini   hərraca çıxarır
25 noyabr 2026 19:07 (UTC +04:00)

Mercedes ilk dəfə eksperimental super avtomobilini hərraca çıxarır

0

1970-ci ilin avqust ayında istehsal olunmuş Mercedes-Benz C 111-II fevral ayında hərraca çıxarılacaq.

Mercedes-Benz əfsanəvi C 111 eksperimental avtomobillərindən birini satacaq. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hərrac 2027-ci il fevralın 3-də Parisdəki Luvr muzeyində keçiriləcək.

İndiyə qədər şirkət bu avtomobilləri açıq satışa çıxarmayıb, baxmayaraq ki, 1969-cu ildə modelin premyerasından sonra brendin pərəstişkarları hətta birini almaq ümidi ilə Ştutqarta boş çeklər göndəriblər.

Hərracda 1970-ci ilin avqust ayında istehsal olunmuş Mercedes-Benz C 111-II avtomobili nümayiş olunacaq. Avtomobil 350 at gücünə malik dörd rotorlu Venkel mühərriki ilə təchiz olunub. Avtomobil istehsalçısının məlumatına görə, onun maksimal sürəti saatda 300 kilometrdir.

Model plastik kuzovu, “qağayı qanadı” qapıları və nadir Weißherbst boya örtüyü ilə seçilir. Odometr təxminən 25.000 kilometr məsafə qət etdiyini göstərir. Salonda it dişli idman oturacaqları, dördmilli sükan və Becker radiosu saxlanılır.

Avtomobilin gələcək qiymətini təxmin etmək çətindir: C 111 əvvəllər heç vaxt açıq hərracda satılmayıb. Müqayisə üçün, 2022-ci ildə Mercedes-Benz 300 SLR Uhlenhaut Coupé 135 milyon avroya satıldı və bu, avtomobil üçün rekord qiymətə imza atıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar