Ucuz ev təmiri vədi ilə 200 min manatlıq dələduzluq – Şirkət rəhbərinə  HÖKM
25 noyabr 2026 12:17 (UTC +04:00)

Ucuz ev təmiri vədi ilə 200 min manatlıq dələduzluq – Şirkət rəhbərinə HÖKM

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən təmir-tikinti şirkətinin rəhbəri Zahir Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmənin hökmü ilə Zahir Əsgərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Zahir Əsgərov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Zahir Əsgərov rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələrdə yayımlayaraq vətəndaşlara digər şirkətlərlə müqayisədə daha ucuz qiymətə təmir-tikinti işləri görəcəyini vəd edib.

O, vətəndaşlarla müqavilə bağlayaraq əvvəlcədən ödəniş alsa da, vəd etdiyi işləri yerinə yetirməyib.

İttihama görə, Zahir Əsgərov bu üsulla 5 nəfərə 200 min manatadək ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Əsgərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar