Rusiya azərbaycanlılar da daxil olmaqla, 1400-dən çox əcnəbini deportasiya etdi
25 noyabr 2026 10:14 (UTC +04:00)

Rusiya azərbaycanlılar da daxil olmaqla, 1400-dən çox əcnəbini deportasiya etdi

0

Rusiyanın Kursk vilayətində miqrasiya qanunvericiliyini pozan 72 əcnəbi ölkədən deportasiya edilib.

Lent.az xəbər verir ki, onların hamısı ölkədə qanuni qalma müddətini keçib və könüllü şəkildə Rusiyanı tərk etməkdən yayınıb.

Kursk vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidmətindən bildirilib ki, deportasiya edilənlər arasında Azərbaycan, Özbəkistan, Ermənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Nigeriya, Kamerun, Misir və Gürcüstan vətəndaşları var.

Bundan əlavə, 2026-cı ilin ilk 10 ayı ərzində Rusiyanın Nijni Novqorod vilayətindən də aralarından azərbaycanlıların da olduğu ölkəyə giriş və qalma qaydalarını pozan 1400 miqrant deportasiya edilib.

Qanun pozuntusuna yol verən əcnəbilər ölkədən çıxarılana qədər müvəqqəti saxlama mərkəzində saxlanılıblar. Daha sonra onlar sərhəd-buraxılış məntəqələrinə aparılaraq Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin əməkdaşlarına təhvil veriliblər.

Həmin şəxslər dövlət sərhədinin buraxılış məntəqələrinə çatdırılıblar. Onların 5 il müddətinə Rusiya ərazisinə girişinə qadağa qoyulub.

Qeyd edək ki, 2026-cı ilin aprelindən Rusiyada müqavilə əsasında hərbi xidmət keçmiş və ölkənin Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş əcnəbiləri inzibati qaydada ölkədən çıxarılmaqdan azad edən qanun qüvvəyə minib.

Belə şəxslərə deportasiya əvəzinə inzibati cərimə və ya məcburi iş cəzası tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar