Məktəbdən evə qayıtmayan ikinci sinif şagirdinin  meyiti tapıldı
24 noyabr 2026 23:15 (UTC +04:00)

Məktəbdən evə qayıtmayan ikinci sinif şagirdinin meyiti tapıldı

0

Yardımlı rayonunda evə qayıtmayan azyaşlı şagirdin meyiti kənd ərazisində aşkarlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.

Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.

Lakin aparılan axtarışlar zamanı azyaşlının meyitini kənd ərazisində yerləşən körpünün altında aşkar ediblər.

İlkin ehtimala görə, uşağın körpüdən yıxılması nəticəsində həyatını itirdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar