Güclü  yağış və qar   yağacaq, hava soyuyacaq -  XƏBƏRDARLIQ
24 noyabr 2026 16:24 (UTC +04:00)

Güclü yağış və qar yağacaq, hava soyuyacaq - XƏBƏRDARLIQ

0

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar